VII qrupda çıxış edən 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi "AVRO-2017"nin seçmə mərhələsinin növbəti oyununda azərkeşlərini sevindirib.

ANS PRESS-in məlumatına görə, Yaşar Vahabzadənin yetirmələri təcrübəli rusiyalı həmyaşıdlarını darmadağın edib.

Bununla yığmamız həmçinin doğma meydanda uğursuz seriyanı dayandırıb. 3:0 qələbə qazanan millimizin ilk qoluna 11-ci dəqiqədə Kerem Behnke imza atıb. O, Elşən Abdullayevin ötürməsini qapıdan keçirib. 39-cu dəqiqədə dubl edən Kerem Behnke bu dəfə Azər Salahlının ötürməsini qola çevirib. 69-cu dəqiqədə isə Camaldin Hocaniyazov Elşən Abdullayevə qarşı kobud oynayıb və hakim penalti təyin edib. Topa yaхınlaşan Elşənin zərbəsi dəqiq olub.

Millimiz tilsimi qırdı (FOTO)
Oyundan epizod

Bununla yığmamız qrupda 2-ci qələbəsini qazanıb. Farer adaları səfərindən 3 xalla ayrılandan sonra ardıcıl 5 dəfə uduzan komandamız uğursuz seriyanı qırıb. Hazırda yeddi oyundan sonra millimizin aktivində altı xal var.

AVRO-2017
Seçmə mərhələ
VII qrup

17 noyabr
Azərbaycan - Rusiya 3:0
Qol: Kerem Behnke, 11; 39. Elşən Abdullayev, 69-pen.
Azərbaycan: 1. Şahrudin Məhəmmədəliyev, 2. Rahil Məmmədov, 4. Adil Nağıyev, 5. Sadiq Quliyev, 7. İlter Taşkın, 8. Elşən Abdullayev, 10. Elnur Cəfərov, 11. Kerem Behnke (9. Fəhmin Muradbəyli, 82), 16. Elvin Camalov (17. Abbas Hüseynov, 63), 19. Məqsəd İsayev (18. Fuad Bayramov, 90), 20. Azər Salahlı.

Ehtiyat oyunçular: 22. Tərlan Əhmədli, 14. Nicat Muxtarov, 15. Cəmil Hacıyev, 21. Tellur Mütəllimov.

Baş məşqçi: Yaşar Vahabzadə.

Rusiya: 1. Anton Mitryuşkin, 2. Vyaçeslav Karavayev, 3. Nikita Çernov, 4. Camaldin Hocaniyazov, 6. Dmitri Barinov, 8. Aleksandr Qolovin, 9. Ramil Şeydayev (20. Andrey Panyukov, 65), 10. Aleksey Mirançuk (7. Aleksey Qasilin, 46), 11. Aleksandr Taşayev (21. Konstantin Saviçev, 58), 17. Yevgeni Kirisov, 19. Sergey Makarov.
Ehtiyat oyunçular: 22. İqor Obuxov, 15. Aleksandr Kleşenko, 13. Vladislav Levin, 18. İqor Konovalov.
Baş məşqçi: Dmitri Xomuxa.

Sarı vərəqələr: Şahrudin Məhəmmədəliyev, 82 - Nikita Çernov, 51. Dmitri Barinov, 60.

Hakimlər: Eytan Şmuelevits, Nissan Davidi, Roy Hassan, Ziv Adler (İsrail).

UEFA nümayəndəsi: Sergiy Lisniç (Moldova).

Hakim-inspektor: Rusmir Mrkoviç (Bosniya və Herseqovina).
Bakı. "Bayıl Arena".