N.Qasımov bildirib ki, orta hesabla bir sakinə düşən ümumi yaşayış sahəsi 18 kv. metr təşkil edir: "Bu göstəriciyə görə ölkəmiz MDB ölkələri arasında ön sıralardadır. Hər il dövlət büdcəsindən təkcə zərərin ödənilməsi və təmir işləri üçün təqribən 25-28 mln. manat ayrılır".
Şöbə müdiri qeyd edib ki, hazırda mənzil-kommunal sahəsində Avropa İttifaqının yardımı ilə "Mənzil-kommunal sahəsində islahatlara dəstək Layihəsi" icra olunur: "Dünya Bankı ilə birlikdə həyata keçirilən mənzil fondunun diaqnostikası layihəsi isə artıq tamamlanmaq üzrədir. Artıq 17 MMMC dövlət qeydiyyatından keçib, bir neçə kondominium üzrə işlər davam etdirilir".
Daha sonra dəyirmi masada mövzu ilə bağlı müzakirələr aparılıb.