NBA-nın müntəzəm çempionatında mübarizə davam edir.
Noyabrın 17-dən 18-nə keçən gecə NBA-da ümumilikdə 7 oyun keçirilib. Son çempion "Qolden Steyt" "Toronto"nu qəbul edib. "Uorriors" "Reptors"u məğlub edərək qələbə seriyasını davam etdirib. "Qolden Steyt" cari mövsümdə hələ də uduzmayıb.
Bir digər maraqla gözlənilən oyunda isə keçən mövsümün finalçısı "Klivlend" səfərdə "Detroyt"a uduzub.
Ümumi nəticələr belədir:
"Vaşinqton" - "Miluoki" - 115:86
"Bruklin" - "Atlanta" - 90:88
"Detroyt" - "Klivlend" - 104:99
"Mayami" - "Minnesota" - 91:103
"Nyu-York" - "Şarlott" - 102:94
"Nyu-Orlean" - "Denver" - 98:115
"Qolden Steyt" - "Toronto" - 115:110