Bakı, 18 noyabr, AZƏRTAC
AZƏRTAC BBC-yə istinadla xəbər verir ki, ABŞ-dan Fransaya reyslər həyata keçirən “Air France” aviaşirkətinə məxsus iki təyyarə hava gəmisinin içərisində bomba olması barədə anonim zəngə görə təcili olaraq başqa aeroportlara yönəldilib.
ABŞ hakimiyyət orqanlarının yaydığı xəbərə görə, Vaşinqtondan Parisə uçan təyyarələrdən biri təcili istiqamətini dəyişdirərək, Kanadanın Qalifaks şəhərində eniş edib.
Los-Ancelesdən Parisə uçan digər təyyarə də elə həmin vaxtda Solt-Leyk-Sitidə yerə enib.
Bildirilir ki, hər iki halda enmə normal keçib və bütün sərnişinlər təyyarəni tərk ediblər. Təyyarələrdə aparılan axtarışların nəticələri hələlik məlum deyil.