"Report"un "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bunu İordaniya kralı II Abdulla bildirib.
Avstriyada səfərdə olan kral bildirib ki, İŞİD-lə mübarizədə ölkələr mövcud problemlərin həllinə kompleks şəkildə yanaşmalıdır.
Kral əlavə edib ki, Parisdə baş verən terror hadisələri İŞİD-in dünya üçün nə dərəcədə ciddi təhlükə kəsb etdiyini bir daha göstərdi.