“Report”un məlumatına görə, MMC depratamentin aktının qismən ləğv edilməsi, vergi və maliyyə sanksiyası borcunun silinməsi və müəssisənin 21 noyabr 2014-cü il tarixinə 57 311 manat həcmində artıq ödəmənin bərpa edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə tələb irəli sürüb.
2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi iddianı rədd edib. Qərarla razılaşmayan “Folium Farm” apellyasiya şikayəti verib. İşə Bakı Apellyasiya Məhkəməsində baxılır.