Rusiyanın ictimai kanalında gedən verilişlərdən birində Azərbaycan əsl İslam ölkəsi kimi nümunə göstərilib.

ANS PRESS-in məlumatına görə, birinci kanalında yayımlanan "Struktura momenta" ictimai-siyasi tok-şousunda iştirak edən qonaqlar arasında İslam ölkələri mövzusunda ciddi müzakirələr olub.

Həmin günün mövzusu, əsasən, Misir və Parisdəki terror aktları, eləcə də, miqrant problemi olub. Ekspertlər Rusiyaya məxsus A 321 təyyarəsinin Misirin Sinay yarımadasında İŞİD terrorçuları tərəfindən partladılmasından da söz açıblar. Baş vermiş hadisə nəticəsində 224 sərnişinin günahsız yerə öldüyünü bildiriblər.

Rusiyanın ORT kanalı: "Bakı gözəl qadınlar məkanıdır" (VİDEO, FOTO)
Misirdə qəzaya uğramış A 321 təyyarəsinin qalıqları


Daha sonra onlar İŞİD terror təşkilatının noyabr ayının 13-də Fransanın paytaxtı Parisdə, metroda və stadionun yaxınlığında 2 partlayış, restorana və konsert zalına silahlı hücum şəklində baş vermiş terror hadisəsində 132 nəfərin öldüyü və 300-ə yaxın insanın xəsarət aldığından da danışıblar.

Rusiyanın ORT kanalı: "Bakı gözəl qadınlar məkanıdır" (VİDEO, FOTO)
İŞİD-in hücum etdiyi ərazilər


Verilişdə iştirak edən qonaqlar eyni zamanda miqrant probleminə də toxunublar. Bu problemin də əslində İŞİD ilə əlaqədar olduğunu deyərək, XeberSuriyadan/a> və Yaxın Şərqdən qaçqın düşmüş milyonlarla insanların faciəsində də birbaşa həmin silahlıların əli olduğunu qeyd ediblər.

Müzakirələr zamanı verilişin aparıcısı Valeri Fadeyev Azərbaycanı nümunə göstərib. O, deyib ki, Azərbaycan Respublikası dünyəvi dövlətdir, əhalisinin böyük əksəriyyətinin müsəlman olmasına baxmayaraq, orada heç bir dini radikalizm yoxdur.

"Bakı - gözəl qadınlar, gözəl geyimlər məkanıdır. Azərbaycan - müsəlman ölkəsidir, müqəddəs ölkədir", - deyə "Struktura momenta" verilişin aparıcısı Valeri Fadeyev vurğulayıb.

"Struktura momenta" - Rusiyanın birinci kanalında yayımlanan siyasəsi tok şoudur. Proqramın aparıcısı Sosial Planlaşdırma İnstitunun direktoru və "Ekspert" jurnalının baş redaktoru jurnalist Valeri Fadeyevdir. Layihə dəyirmi masa arxasında, tanınmış siyasətçilər və elm adamlarının müzakirələri ilə həyata keçirilir. Burada Rusiya və xarici ölkələr ilə bağlı ən aktual məsələlər müzakirə olunur.


"Struktura momenta" - verilişi