"Real"ın forvardı Kriştiano Ronaldo valideynlərini Beyrutda baş verən terror aktı nəticəsində itirən 3 yaşlı Heydər Mustafa ilə görüşəcək.
Livanlı jurnalist Rəna Harbi "Twitter"də #CristianoMeetHaidar heştəqini başladıb. Qısa müddət ərzində bu heştəq trendə çevrilib.
Bu gün səhər saatlarında Kriştiano Ronaldonun nümayəndələri Harbi ilə əlaqə saxlayıblar. Yaxın günlərdə ulduz futbolçunun 3 yaşlı uşaqla görüşəcəyi gözlənilir.
Xatırladaq ki, noyabrın 12-də Beyrutda baş verən terror aktı nəticəsində 43 nəfər dünyasını dəyişmiş, 239 nəfər isə yaralanmışdı.