Azərbaycanda ilk dəfə olduğunu deyən Moskva Fiziki-Texniki İnstitutunun beynəlxalq əlaqələr üzrə prorektoru Anna Derevnina Bakıda keçirilən Azərbaycan-Rusiya Universitetlərlərarası Forumunda iştirak etmək üçün səfərə gəldiyini deyib. O, təmsil etdiyi ali təhsil müəssisəsinin fəaliyyət sahələri haqqında geniş məlumat verərək birgə proqramların və layihələrin həyata keçirilməsinin mümkünlüyü ilə bağlı fikirlərini bölüşüb. A.Derevnina BANM-in rəhbərliyini təmsil etdiyi ali təhsil müəssisəsinə dəvət edib.
Görüşdə eyni zamanda, əlaqələrin qurulması üçün qarşılıqlı əməkdaşlıq, müəllim və tələbə mübadiləsi, və digər məsələlər ətrafında müzakirələr aparılıb.