Bakı, 21 noyabr, AZƏRTAC
Beynəlxalq dərəcəli referi Eldar Əliyev qadın voleybolçular arasında Çempionlar Liqası yarışlarına təyinat alıb.
AZƏRTAC xəbər verir ki, həmyerlimiz Avropa Voleybol Konfederasiyasının (CEV) təyinatı ilə turnirin qrup mərhələsinin III turu çərçivəsində keçiriləcək “Əczaçıbaşı” (Türkiyə) – “Ximik” (Polşa) matçında ədaləti qoruyacaq.
İstanbuldakı Burhan Felek Voleybol Salonunda təşkil olunacaq oyunda E.Əliyev ikinci hakim funksiyasını yerinə yetirəcək. Həmyerlimiz noyabrın 26-da keçiriləcək oyunda əsas referi yunanıstanlı Georgios Georgouleasa kömək edəcək.