Bakı, 21 noyabr, Elvin Camalov, AZƏRTAC
Türkiyənin Çanaqqala vilayətində fırtına dəniz nəqliyyatına mənfi təsir edib.
AZƏRTAC “ulasimonline.com” saytına istinadla xəbər verir ki, Şimali Egeydə baş verən fırtına səbəbi ilə Bozcaada-Geyikli və Gökçəada-Qabatəpə xətlərində baş tutması planlaşdırılan səfərlər və tranzit gəmi keçidləri təxirə salınıb.
Çanaqqala boğazının digər xətlərində dəniz nəqliyyatı adi rejimdə çalışır.