"Report" xəbər verir ki, bu münasibətilə Üzeyir Hacıbəylinin ev muzeyinin kollektivi dahi bəstəkarın Fəxri xiyabandakı məzarını ziyarət ediblər.
Anım günü münasibətilə Üzeyir bəyin ev muzeyində tədbir keçiriləcək. Tədbirdə Üzeyir Hacıbəyli irsinin araşdırıcıları, musiqiçilər, vokal artistləri iştirak edəcək.
Xatırladaq ki, Üzeyir bəy Hacıbəyli 1948-ci il noyabrın 23-də dünyasını dəyişib. Dahi bəstəkarın ölümündən 67 il ötür.