Bakı, 23 noyabr, AZƏRTAC
“Neuron Technologies” şirkətinin innovativ həllərinə bir sıra xarici ölkələr maraq göstərir.
Şirkətdən AZƏRTAC-a verilən məlumata görə, hazırda şirkətin “Unibook” – tədrisin elektron idarəetmə sistemi və “e-Agriculture” – elektron kənd təsərrüfatı sahələrində tətbiq etdiyi sistemlərin Macarıstan, Çexiya, Makedoniya, Özbəkistan, Zambiya, Efiopiya və İranda həyata keçirilməsi istiqamətində intensiv iş aparılır.
“Neuron Technologies” ölkəmizdə təhsil, kənd təsərrüfatı, səhiyyə, bank və maliyyə sahələrində elektron idarəetmə sistemlərinin tətbiqi ilə məşğul olur.