Mehriban Əliyeva Respublika Uşaq Sanatoriyasında yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olub

19:52 29 Dekabr 2014
42 Digər
Ölkə mətbuatı
A- A+

[ 29 Dekabr 2014 19:46 ]

Bakı – APA. Səhiyyə Nazirliyinin Bakının Buzovna qəsəbəsindəki Respublika Uşaq Sanatoriyasının yenidənqurmadan sonra açılışı olub.

APA-nın AzərTAc-a istinadən verdiyi məlumata görə, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və qızı Arzu Əliyeva açılışda iştirak ediblər.


Səhiyyə naziri Oqtay Şirəliyev görülən işlər barədə Azərbaycanın birinci xanımına ətraflı məlumat verib.

 

Bildirilib ki, 1986-cı ildə fəaliyyətə başlayan sanatoriyada heç vaxt təmir işləri aparılmayıb. Bina istifadəyə yararsız olduğundan 2012-ci ilin iyunundan burada yenidənqurma işlərinə başlanılıb. Altımərtəbəli binanın ümumi sahəsi 8 min kvadratmetrdir. Sanatoriyanın elektrokardioqrafiya, fizioterapiya, tədris-məşğələ, psixoloq, oyun otaqları və palataları ən müasir tibbi avadanlıqla təchiz edilib. Binada 182 nəfərlik tibbi heyətin uşaqlara ən yüksək səviyyədə xidmət göstərməsi üçün geniş imkanlar var. Səhiyyə müəssisəsində somatik xəstəliyi olan 4-14 yaşlı uşaqlar müalicə alacaqlar. Sanatoriyaya respublikanın bütün bölgələrindən olan uşaqlar qəbul edilir. Tibb ocağında xüsusi qulluğa ehtiyacı olan uşaqların anaları üçün də palata nəzərdə tutulub. Binada fizioterapiya və bərpa şöbəsi, müalicəvi idman və 100 yerlik akt zalları, müalicəvi vannaların olduğu dörd otaq yaradılıb.
 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR