Bildirilir ki, 2014-cü ildə aviasiya sahəsində 8,5 milyon yeni iş yeri açılıb, sahənin iqtisadiyyata birbaşa töhfəsi isə 700 milyard dollar qiymətləndirilir. Hər il 1 milyarddan çox insan digər ölkələrə səyahət edir ki, onların da yarısından çoxu hava nəqliyyatından istifadə edir.
Dünya ticarət həcmində hava yük daşımaları 0,5 faizlik paya sahib olsa da, onların dünya ticarətində pul ifadəsində payı 34,6 faiz təşkil edir.
Qeyd olunur ki, üç gün davam edəcək konfransda iştirakçılar aviasiya sektorunun artımı ilə bağlı məsələləri müzakirə edəcəklər, - BMT saytı yazır.