Türkiyənin məşhur komediya aktyoru Cem Yılmaz bu günlərdə nümayiş olunan "Ali Baba və 7 Cücələr" filmində səsləndirdiyi, müğənni İradə İbrahimovanın "Neyləyək, alınmadı" mahnısından bəhs edib.

Milli.Az qafqazinfo.az-a istinadən xəbər verir ki, aktyor mahnını həmkarı Zafer Alagözün təklif etdiyini bildirib:

"Mahnını İradə İbrahimovadan dinləmişdik, filmin ssenarisinə salmamışdıq. Filmdə Kənan Məmmədovla Boris Manço qarşılaşır və bir-birlərini bu mahnı ilə xatırlayırlar. Mahnı üçün çox məşq etdik. Bu mahnıdan sonra Azərbaycandan çoxlu mahnılar göndərilir. Zafer Alagöz ötən günlərdə bizə gənc müğənni Rauf Əhmədovun mahnısını göndərib. Raufun mahnısını sosial şəbəkədə paylaşdıq və Azərbaycan televiziyalarında bu addımımız xəbərə çevrildi. Rauf da bizə təşəkkür etdi. 3 həftə sonra filmimiz Azərbaycanda nümayiş olunmağa başlayacaq. Türkiyədə bizi sevən insanlar azalsa, Azərbaycana gedərik".

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin.
Cem Yılmaz: "Türkiyədə bizi sevən insanlar azalsa, Azərbaycana gedərik" - VİDEOCem Yılmaz: