Bu gün türk qırıcılarının Suriya ilə səhəddə vurduğu təyyarənin pilotu olduğu iddia edilən əsgərin görüntüləri yayılıb. Pilotun myiti Suriyanın Latakiya vilayətində aşkar edilib.

İddiaya görə, "Su-24" pilotunun cəsədini türkmənlər aşkar ediblər. Onun əynində Rusiya ordusunun forması var.

Türkiyənin vurduğu rus təyyarəsinin pilotunun meyiti (FOTO, VİDEO)
Rus pilot olduğu edilən meyitin görüntüsü

Məlumata görə, "F-16" qırıcısı ilə Türkiyənin hava sərhəddini pozduğu üçün vurulan təyyarədə iki pilot olub. Onlar partlayışdan öncə paraşütlə tullana biliblər. İkinci pilotun aqibəti bəlli deyil. Onun türkmənlərin əlinə keçdiyi istisna edilmir.

Türkiyə tərəfi təyyarənin hava sərhəddini pozduğunu desə də, Rusiya tərəfi bunu təkzib edib. Ölkənin müdafiə naziri Serqey Şoyqu onun Suriya ərazisi ilə uçuş həyata keçirdiyini deyib.

Bu hadisədən sonra Türkiyə Ruaiyadakı səfirini Ankaraya çağırıb.