Bakı, 24 noyabr, AZƏRTAC
Latviya Mərkəzi Bankı "İlk nağıl sikkə. Beş pişik" adlı beş avro nominalında kolleksiya sikkəsi buraxır.
AZƏRTAC banks.eu saytına istinadla xəbər verir ki, bu kolleksiya sikkə seriyası Latviyanın ən məşhur nağılı Albert Kronenberqin müəllifi olduğu "Beş pişik" nağılının motivləri əsasında yaradılıb. Sikkənin dizaynının müəllifi Anita Paeqledir. Sikkə 10 min nüsxə tirajla Litva sikkəxanasının mütəxəssisləri tərəfindən çap olunub. Latviya banklarının kassalarında sikkənin dəyəri 39 avrodur.
Latviya Mərkəzi Bankı gələn il inəklər və hacıleyləklər şəkli olan xatirə sikkələri buraxmağı planlaşdırır.
Latviya Mərkəzi Bankı beş avro nominalında kolleksiya sikkəsi buraxıb
Latviya Mərkəzi Bankı beş avro nominalında kolleksiya sikkəsi buraxıb