Bakı, 24 noyabr, AZƏRTAC
Bakı Xoreoqrafiya Akademiyasında (BXA) BMT-nin Uşaq Hüquqları Konvensiyasının qəbul edilməsinin ildönümü münasibətilə “Uşaq hüquqları aylığı” çərçivəsində müxtəlif tədbirlər keçirilib.
AZƏRTAC xəbər verir ki, noyabrın 24-də akademiyada aylığın yekunlarına dair hesabat konfransı olub.
Konfransda çıxış edən BXA-nın prorektoru Sonaxanım İbrahimova tədbirin əhəmiyyətindən danışıb.
Sonra uşaq hüquqları aylığının yekunlarına dair hesabat məruzələri dinlənilib.
Tədbirlərdə fəallıq göstərən şagird və tələbələrə diplom və fəxri fərmanlar təqdim olunub.