Aşıq Samirə Əliyeva ayrıldığı həyat yoldaşı Rizvan Məmmədovla barışma xəbərlərinə aydınlıq gətirib. Axşam.az-ın məlumatına görə, sənətçi “Hər şey daxil” verilişində bunların şayiə olduğunu vurğulayıb:“Biz küsülü deyildik. Ayrılsaq da, dostluğumuzu saxlamışıq. Düşmən deyilik, münasibətimiz var. Rizvan oğlumun atasıdır. Amma yenidən birləşməmişik”.