Rusiya Müdafiə NazirliyiTürkiyənin Suriyada Rusiya məxsus "Su -24" qırıcı təyyarəsini vurmasına qeyri-dostluq əməli kimi baxır.

Milli.Az-ın APA-ya istinadən məlumatına görə, bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumatda bildirilib.

"Türkiyə Hərbi Hava Qüvvələrinin hərəkətinə qeyri-dostluq əməli kimi baxırıq", - deyə məlumatda qeyd olunub.

Rusiya Müdafiə Nazirliyi Suriyada "Su-24" qırıcı təyyarəsinin vurulması ilə bağlı insidentdən sonra Türkiyə tərəfi ilə təcili əlaqəyə çıxmağın mümkün olmadığını açıqlayıb: "Nazirliyinin mütəxəssisləri tərəfindən Türkiyə tərəfi ilə qarşılıqlı əlaqə yaratmaq üçün təcili əlaqəyə çıxmaq cəhdləri nəticə verməyib".

Milli.Az