Türkiyənin məşhur komediya ustası Cem Yılmaz bu günlərdə nümayiş olunan "Ali Baba və 7 Cücə" filmində səslənən müğənni İradə İbrahimovanın "Neyləyək, alınmadı" mahnısından bəhs edib.

ANS PRESS-in məlumatına görə, aktyor mahnını həmkarı Zafer Alagözün təklif etdiyini bildirib. O qeyd edib ki, mahnını İradə İbrahimovanın ifasında dinləsələr də, filmin ssenarisinə salınmayıb.

Filmin süjetinə görə, Kənan Məmmədovla Barış Manço qarşılaşır və bir-birlərini bu mahnı ilə xatırlayırlar. Cem Yılmaz ifa üçün çox məşq etdiklərini də söyləyib. Bu videodan sonra Azərbaycandan çoxlu mahnılar göndərildiyini deyən, komediya ustası həmkarı Zafer Alagözün ötən günlərdə Rauf Əhmədov adlı gənc müğənninin mahnısını göndərdiyini və Raufun mahnısını sosial şəbəkədə paylaşdıqdan sonra Azərbaycan televiziyalarında bu addımın məşhurlaşdığını da bildirib.


Cem Yılmaz İradə İbrahimovanın "Neyləyək, alınmadı" mahnısından bəhs edir

Üç həftə sonra filmin Azərbaycanda nümayiş olunmağa başlayacağını söyləyən Cem Yılmaz sonda zarafat da edib: “Türkiyədə bizi sevən insanlar azalsa, Azərbaycana gedərik”.


"Ali Baba və 7 Cücə" filminin anonsu

Ötən il İradə İbrahimova Cem Yılmaz, aktyor Ozan Güven və Özkan Uğurla birgə çəkdirdiyi şəklini sosial şəbəkədə paylaşmışdı.

Müğənni qeyd etmişdi ki, hər üç sənətçi onu görən kimi “Neyləyək, alınmadı” mahnısını oxumağa başlayıb.

"Türkiyədə sevməsələr, Azərbaycana gedərik" (FOTO, VİDEO)
İradə İbrahimova-müğənni

Cem Yılmaz Türkiyəli komediya ustası, aktyor, karikaturaçı rəssam, ssenarist və rejissordur. Sənət həyatına 1992-ci ildə "Leman Kültür Merkezi"ndə başlayıb. Karikatura jurnalında karikaturçu rəssam olaraq çalışıb. Yumoristik çıxışları ilə məşhurlaşdıqdan sonra karyerasını "Beşiktaş Kültür Mərkəzi"ndə davam edib. Hazırda Türkiyənin ən məşhur komediya ustalarından biridir.