Kiyev, 25 noyabr, AZƏRTAC
Noyabrın 24-də Portuqaliyanın Portu şəhərində yerli “Portu” komandası UEFA Çempionlar Liqasının qrup turnirinin 5-ci turunda “Dinamo” (Kiyev) ilə görüşüb.
AZƏRTAC “Ukrainskiye novosti” saytına istinadla xəbər verir ki, bu oyun 2:0 hesabı ilə “Dinamo”nun xeyrinə başa çatıb.
Qolları 35-ci dəqiqədə Yarmolenko (penalti) və 64-cü dəqiqədə Derlis vurub.
Dekabrın 9-da “Dinamo” İsrailin “Makkabi” komandası ilə görüşəcək. Həmin oyunda kiyevlilər qalib gələcəyi təqdirdə “Dinamo” Çempionlar Liqasının pley-off mərhələsinə çıxacaq.
Zeynal Ağazadə
AZƏRTAC—ın xüsusi müxbiri
Kiyev