Bu barədə "Report"a MTRŞ-nın Aparat rəhbəri Toğrul Məmmədov məlumat verib.
O, hazırda MTRŞ əməkdaşlarının nəticələrlə tanış olduğunu, müəyyən təhlillər apardıqlarını deyib: "Hazırda bizə təqdim olunan monitorinq nəticələri ilə tanış oluruq. Müəyyən təhlillər, qeydlər aparılır. MTRŞ də işini yekunlaşdırdıqdan sonra monitorinqin nəticələri cəmiyyətə təqdim olunacaq".
T.Məmmədov onu da vurğulayıb ki, MTRŞ Dilçilik İnstitutunun apardığı monitorinqlərin məzmununa qarışmaq niyyətində deyil və nəticələr olduğu kimi təqdim ediləcək.
Qeyd edək ki, telekanallarda dillə bağlı monitorinqlər sentyabr-oktyabr aylarını əhatə edib.