Türkiyənin rus qırıcı təyyarəsini vurması iki ölkə arasında iqtisadi əlaqələrə ciddi zərbə vura bilər.

ANS TV-nin məlumatına görə, artıq Rusiya Xarici İşlər Nazirliyi vətəndaşlarını Türkiyəyə turist səfərlərindən çəkinməyə çağırıb. Nəzərə alsaq ki, təkcə ötən il Türkiyəyə 3,2 milyondan çox rus turist gəlib, ölkə iqtisadiyyatına dəyəcək ziyanı təsəvvür etmək çətin deyil.

Rusiya Türkiyədən idxal olunan toyuq ətinə qadağa qoydu (VİDEO)
Türkiyəyə gələn turistlərin sayı

Bundan başqa iki ölkənin qarşılıqlı ticarət dövriyyəsi kifayət qədər böyük rəqəmlərlə ifadə olunur. Rəsmi rəqəmlərə nəzər salsaq, bu əlaqələrin pozulmasından hər iki tərəfin, xüsusilə də Rusiyanın itirəcəyi görünür. Ötən il Türkiyə Rusiyaya təxminən 6 milyard dollarlıq mal satmışdı. Rusiyanın Türkiyəyə ixracatı isə 25 milyard dollardan çox olmuşdur. Rusiyanın ixracının böyük bir qismini qaz təşkil etdiyi halda, Türkiyədə bunu tekstil, aqrar məhsullar, ərzaq təşkil edir.

Rusiya Türkiyədən idxal olunan toyuq ətinə qadağa qoydu (VİDEO)
Türkiyə-Rusiya iqtisadi əlaqələr

Hazırda Rusiyanın bir çox Avropa ölkələrindən ərzaq məhsullarının idxalına sanksiyalar qoyduğunu nəzərə alsaq, bu sahədə rus istehlakçıları ciddi çətinliklə üzləşə bilər.

Siyasi münasibətlərin gərginləşməsi ilə iki ölkənin ortaq planlaşdırdığı nəhəng layihələr də sual altına düşür, "Akkuyu" atom elektrik stansiyası və "Türk Axını"n gələcəyi şübhəli qalır.
Rusiya və Türkiyə arasında yaranmış siyasi gərginlik iki ölkənin iqtisadi əlaqələrinə ciddi zərbə vuracaq. Bu danılmazdır. Amma bu zərbənin kimin üçün daha ağır olacağı müzakirə olunur. Rəsmi rəqəmlər Rusiya və Türkiyənin bir-birindən çox ciddi asılılığı olduğunu göstərir.

Artıq Rusiya ənənəvi üsullardan istifadəyə başlayıb. Məsələn Türkiyədən toyuq əti idxalına qadağa qoyulub. Təbii ki, bunun səbəbi təyyarə hadisəsi göstərilmir. Amma maraqlıdır ki, məhz bu gün Türkiyə istehsalı olan toyuqlarda zərərli maddə tapılıb.

Xatırladaq ki, ötən gün Suriya-Türkiyə sərhədində Rusiyaya məxsus döyüş təyyarəsi - "Su 24" Türkiyənin Hərbi Hava Qüvvələrləri tərəfindən vurulub.