"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, qayıqda bir neçəsi uşaq olmaqla 17 nəfər olub. Onlar qaçaq yolla Türkiyədən Yunanıstanın İstanköy (Kos) adasına keçmək istəyiblər. Sağ qalan mühacirləri Türkiyə Sahil Mühafizə Xidmətinin əməkdaşları xilas edib.
Xəbərdə bildirlib ki, onlar suda boğulan bir uşağı həyata qaytarıblar.
Xilas edilən qaçqınlar Bodrumdakı dövlət xəstəxanasına yerləşdiriliblər.