Dünyanın ən çirkin kişisi seçilib.

ANS PRESS-in məlumatına görə, hər il Afrika ölkəsi olan Zimbabvedə dünyanın ən çirkin kişisini seçirlər. "Cənab Çirkin" (Mister Ugly) adlı yarışda münsiflər tərəfindən ən yaraşıqsız kişi müəyyən olunur.

Bu dəfəki qalib 42 yaşlı Mison Sere olub. O, münsiflərin rəyinə görə ən çirkin kişidir. Yarış bitdikdən sonra Mison Sere ilə "selfie" çəkdirənlər də olub. İndi o, nəinki, ölkəsində, eyni zamanda, bütün dünyada da məşhurdur.

Dünyanın ən eybəcər kişisi
Mison Sere ilə "selfie" çəkdirənlər


Yarışda 2-ci yeri tutan şəxs - William Masvinu nəticəyə etiraz edib. O bildirib ki, Mison yaraşıqlı oğlandı. 1-ciliyə özü layiq görülməli idi.

Dünyanın ən eybəcər kişisi
Villiam Masvinu - ikinci yerə layiq görülən kifir kişi


Bu il birinci yerə layiq görülən Mison Sere heç bir xəstəlikdən əziyyət çəkmir, onun eybəcərliyi anadangəlmədir. Lakin 2002-ci ildə "Uqandanın ən yaraşıqsız kişisi" yarışında iştirak etmiş 47 yaşlı Qodfri Baqum naməlum xəstəlikdən əziyyət çəkdiyinə və bu səbəbdən eybəcərləşdiyinə görə, yarışmanın qalibi olub. O, bu yarışa qalib gəlmək və ailəsi üçün pul qazanmaq ümidi ilə qatılıb. Qodfri xəstə olmasına baxmayaraq, 8 uşaq atasıdır.

Dünyanın ən eybəcər kişisi
Qodfri Baqum və həyat yoldaşı