Bakı, 28 noyabr, AZƏRTAC
“Astara” elektrik stansiyasında cari ilin 10 ayı ərzində elektrik enerjisi istehsalında problem yaranmayıb.
“Azərenerji” ASC-dən AZƏRTAC- a bildirilib ki, stansiya ötən 10 ay ərzində cənub bölgəsinin fasiləsiz elektrik enerjisi ilə təminatında mühüm rol oynayıb. Bu dövrdə 181,1 milyon kilovat-saata yaxın elektrik enerjisi istehsal edilib. Oktyabr ayında isə 18 milyon kilovat-saatdan artıq elektrik enerjisi istehsal olunub. Son üç ayda müəssisədə texniki qulluq işləri yerinə yetirilib, digər bloklarda isə profilaktiki işlər həyata keçirilib. Eyni zamanda, aqreqatların soyutma və yağlama sistemlərində yaranan qüsurlar aradan qaldırılıb.
Qeyd edək ki, ümumi gücü 87 meqavat olan “Astara” elektrik stansiyası 10 aqreqatdan ibarətdir.