Qahirə, 28 noyabr, AZƏRTAC
Misir vaxtı ilə saat 9:27-də bu ölkənin Silahlı Qüvvələrinin hərbi vertolyotu Qahirəni İsmailiyə şəhəri ilə bağlayan yolun yaxınlığında qəzaya uğrayıb.
Yerli KİV-lər Misir Silahlı Qüvvələrinin rəsmi nümayəndəsi Məhəmməd Samirə istinadla bildirirlər ki, qəzanın səbəbi texniki nasazlıq olub. Onun sözlərinə görə, vertolyotun ekipaj üzvləri müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdiriliblər.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə