Bakı, 30 noyabr, AZƏRTAC
Dünya Bankının əməkdaşları Azərbaycan Dövlət İqtisad Universitetində növbəti layihənin təqdimatını keçiriblər.
Universitetdən AZƏRTAC-a bildiriblər ki, “Dünyada yoxsuluğun qiymətləndirilməsi”nin metodları barədə mühazirə ilə layihə rəhbəri Nistha Sinhan, Moritz Meyer, proqram rəhbəri Raşmi Şankar və bankın iqtisadçısı Nadir Ramazanov çıxış ediblər.
Yoxsulluğun səviyyəsinin endirilməsi istiqamətində Azərbaycanda atılan addımlar barədə professor Əli Əlirzayev bank əməkdaşlarına məlumat verib.
Tədbirdə Azərbaycanda yoxsulluq probleminin həllinə yönələn tədbirlər ətrafında diskussiyalar keçirilib.
Sonra suallar cavablandırılıb və mövzu ətrafında fikir mübadiləsi aparılıb.