Bakı, 30 noyabr, AZƏRTAC
Azərbaycan Stolüstü Tennis Federasiyasının (ASTF) təşkilatçılığı ilə noyabrın 30-da “Şüa” idman-sağlamlıq kompleksində ilk “Federasiya kuboku” Top-8 yarışına start verilib.
ASTF-dən AZƏRTAC-a bildiriblər ki, tədbirin məqsədi stolüstü tennisin təbliği, reytinq xarakteri daşıyan yarışlarda federasiya tərəfindən dəvət olunmuş 8 oğlan və qız idmançı arasında ən güclülərin müəyyənləşdirilməsidir.
Turnir beynəlxalq stolüstü tennis qaydalarına uyğun olaraq şəxsi formatda keçirilir.
Qalib idmançılara federasiyanın diplomları və mükafatları təqdim olunacaq.
Yarışlara dekabrın 1-də yekun vurulacaq.