"Report"un verdiyi xəbərə görə, Putin izah edib ki, "Su-24" təyyarəsinin vurulması barədə qərar "İraq-Şam İslam Dövləti" terror qruplaşmasının (İŞİD) əlində olan neftin satış məqsədi ilə limana təhlükəsiz nəqlini təmin etmək üçün qəbul olunub.
"Bizim, bu qərarın neftin Türkiyəyə daşınması yollarını müdafiə etmək zərurətindən irəli gəldiyini güman etmək üçün bütün əsaslarımız var", — deyə o bildirib.
Putinin sözlərinə görə, Suriya türkmənlərini müdafiə etmək, yalnız bəhanədir.