Ukraynanın baş naziri Arseni Yatsenyuk Aslan Kırımlını Krım məsələləri üzrə müvəkkili vəzifəsindən azad edib.

APA-nın UNİAN agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Ukrayna Nazirlər Kabinetinin mətbuat xidməti bildirib.

Aslan Kırımlı 2014-cü ilin iyulundan Ukrayna hökumətində Krım məsələləri üzrə müvəkkil idi.

Sərəncəmda bildirilir ki, A.Kırımlı qarşılıqlı razılaşma əsasında vəzifəsindən azad edilib.