Bakı, 1 dekabr, AZƏRTAC
Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının aktyoru, Xalq Artisti Hacı Murad Yagizarov Almaniyada uzun çəkilişlərdən sonra Vətənə qayıdıb. Onun yaratdığı qəhrəmanın tarixçəsi Nürnberq prosesi ilə əlaqədardır. Sənətkarın qızı isə filmdə tərcüməçi rolunu oynayıb. İlk dəfədir ki, onlar tərəf-müqabil kimi çıxış ediblər. Bundan əvvəl Maryana Rus Dram Teatrının səhnəsində Edit Piafı oynayaraq, mahnıları orijinalda səsləndirib.
Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Murad Yagizarov çəkiliş meydançasında Nürnberq prosesinə və roluna peşəkar yanaşması ilə hamını heyrətləndirib. Alman xırdaçılığının obrazı ona milli aktyor sənəti məktəbinin nüfuzunu Avropa səviyyəsinə qaldırmağa imkan verib. Çəkiliş qrupu valeh olub. Hətta dil maneəsi də çəkiliş qrupuna M.Yagizarov kimi sənətkara üstünlük verməsinə təsir etməyib. Ona fentezi janrında filmdə romantik rol təklif edilib. Aktyorun iki tərəf-müqabili isə qəhrəmanın uşaq və gəncliyini canlandıracaq.
Lakin aktyor hələlik təklifi nəzərdən keçirir. Deyilənə görə, İzabel Adjani onun tərəf-müqabili olacaq. Bu, aktyoru təklifə müsbət cavab verməyə sövq edir. Amma M.Yagizarov doğma səhnədə oynamağı üstün tutur. İndi onun yaradıcılığını Rus Dram Teatrının səhnəsində “Artist və onun kölgəsi” tamaşasında gənc həmkarları Oleq Əmirbəyov, Teymur Rəhimov, Mariya Dubivitskaya, Olqa Arsentyeva və Fəridə Nesterenkonun əhatəsində görmək olar. Bu aktyorlarla yanaşı, tamaşada fransalı aktrisa Patrisiya Kaas da olacaq.