Bakı, 2 dekabr, AZƏRTAC
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının yeni saytı www.azdrama.az istifadəyə verilib.
Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, yeni dizaynla fəaliyyət göstərən saytda Milli Dram Teatrı haqqında məlumatlar, xəbərlər, videoslaydlar toplanıb.
Sayta daxil olan hər bir kəs teatr haqqında ümumi məlumat, teatrın afişası, repertuarı, teatr xəbərləri və hazırda sənət ocağında gedən tamaşaların məşqləri barədə ətraflı məlumat əldə edəcək.