Bakı, 2 dekabr, AZƏRTAC
"Bank of Baku" manat depozitinin faiz şərtlərində dəyişikliklər edib.
Bankdan AZƏRTAC-a bildiriblər ki, yeni dəyişikliklərlə müştərilər əmanətlərini daha sərfəli şərtlərlə banka yerləşdirə bilərlər. Yeni faiz şərtləri əmanətçilərə qısa müddət ərzində vəsaitlərini daha çox artırmaq imkanı verir. Manat depozit məhsulu üzrə əmanət yerləşdirən müştərilər indi 1 aya illik 12 faiz olmaqla gəlir əldə edə bilərlər. Eyni zamanda, əmanətçilər 3 ay müddətinə 13 faiz, 6 aya isə illik 14 faiz olmaqla bankın istənilən filialında əmanət hesabı açdıra bilərlər.