Rusiyada azərbaycanlı biznesmeni öldürən killer tutulub. ANS PRESS-in "lifenews"a istinadla verdiyi məlumata görə, Zülfüqar Əsədovu güllələməkdə şübhəli bilinən iki nəfər saxlanılıb. Killerlər Volqoqradda saxlanılıblar.

Qətli törətməkdə şübhəli bilinənlər 25 yaşlı Volqoqrad sakini və onun 27 yaşlı dostudur.
25 yaşlı şübhəli daha öncə biznesmenin həyatına qəsd etməyə çalışan qardaşının həbsə düşməsinin qisasını almaq istəyib.

İş adamının həyatına ilk dəfə qəsd 2014-cü ilin yay aylarında baş verib. Lakin qətil işi uğurla tamamlaya bilməyib və nəticədə özü həbsxanaya düşüb.
Qətli törətmək üçün gənclər maşın icarəyə götürüb və Əsədovun yaşadığı ünvana gəliblər. Onlar iş adamaının maşınını park etməsii gösləyiblər. Z.Əsədov maşından çıxanda isə ona azı 9 güllə atılıb. Gənclər dərhal hadisə yerindən qaçıblar.

Saxlanılanlardan biri öz günahını etiraf edib. Hadisə yerinə baxış zamanaı o istifadə etdikləri maskanı, silahı, maşının dövlət nömrə nişanını gizlətdikləri yeri göstərib.

Xatırladaq ki, Z.Əsədov sebtyabr ayının 26-da güllələnib. Polisin məlumatına görə, qara geyim və ma skada olan şəxslər onu izləyiblər və qətli gerçəkləşdirmək üçün maçınından düşməsini gözləyiblər. Şübhəlilər ağ rəngli "Jiquli"də olublar.



Sentyabr ayının 26-sı gecə saatlarında Rusiyada avtomobilində güllələnən azərbaycanlı iş adamı Zülfüqar Əsədovun qətlinin videosu yayılıb.

Azərbaycanlı biznesmen Volqoqrad topdansatış ticarət mərkəzində bir neçə ticarət məntəqəsinin sahibi olub.