Bakı, 2 dekabr, AZƏRTAC
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov dekabrın 3-4-də Belqradda keçiriləcək ATƏT Nazirlər Şurasının 22-ci iclasında iştirak etmək məqsədilə Serbiyaya səfərə yola düşüb.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Elmar Məmmədyarovun toplantıda çıxışı və ikitərəfli görüşləri nəzərdə tutulub.