Türkiyənin Star TV telekanalında nümayiş olünan "Muhteşem Yüzyıl Kösem" teleserialında baş rolda oynayan aktrisa və müğənni Hülya Avşarın davranışları, tələbləri çəkiliş meydançasında hər kəsi bezdirib.

Milli.Az bildirir ki, "Safiye Sultan" rolunu oynayan H.Avşar bir müddət əvvəl rejissor Zeynep Günay Tanla dava salmışdı. Avşar telekanal qarşısında "Ya o, ya mən!" tələbini qoyandan sonra Tan qovulub.
Lakin Avşarın istəkləri bitməyib. O, paltardəyişmə otağına masaj kreslosu, nahar üçün peçenyelər və Hollivud ulduzlarının içdikləri bahalı mineral suyun qoyulmasını istəyib.
Cənubi Amerikada istehsal olunan bu mineral suyun 1 litrinin qiyməti Türkiyədə 10 lirədir.
"Muhteşem Yüzyıl Kösem"in hər seriyasına görə Hülya Avşar 60 min lirə alır.

Milli.Az