Ölkənin ilk peşəkar PR akademiyası kimi seçilən "Akademi PR Akademiyası" təlimlərini məşhurlarla davam etdirir. "Akademi Group" şirkətlər qrupunun nəzdində fəaliyyət göstərən "Akademi PR Company"nin "Azərbaycan Tələbə və Gənclər Təşkilatları İttifaqı" ilə birgə təşkil etdiyi "Akademi PR Akademiyası"nın növbəti təlimçiləri dünya şöhrətli model, Best Model of The World və Best Handsome Man of the World (Dünyanın ən yaraşıqlı kişisi) titullarının sahibi yeganə azərbaycanlı, illərlə Amerikada yaşamasına baxmayaraq hər zaman ürəyi vətənlə döyünən və artıq peşəkar karyerasını öz vətənində davam etdirmək üçün qayıdan Rüstəm Cəbrayılov və "Akademi PR Akademiyası"nın rəhbəri, ölkənin PR üzrə ilk qadın eksperti Nuranə Ağazadə oldular. "Akademi Group" şirkətlər qrupunun Azərbaycanda bir ilkə imza atdığını və bunun ölkəmiz üçün necə möhtəşəm, vacib bir layihə olduğunu xüsusilə qeyd edən Rüstəm Cəbrayılov həmçinin, qazandığı uğurlarının sirlərini də tələbələrlə bölüşdü. Hər bir iş sahəsində PR-ın necə vacib yer tutduğunu deyən model bunun Azərbaycanda inkişafı üçün gənc kadrlara böyük ehtiyac olduğunu da bildirdi.

İnformasiya dəstəyi - Trend, Day.Az, Milli.Az

Dünyanın ən yaraşıqlı kişisi "PR Akademiya"da dərs keçdi - FOTO