Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstək verdiyi müsabiqənin nominantları seçilib

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstək verdiyi müsabiqənin nominantları seçilib
14:46 2 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Milli İnternet Mükafatı – “Milli Net 2015” müsabiqəsində səsvermənin 1-ci mərhələsi başa  çatıb. 
 
Təşkilat Komitəsindən verilən məlumata görə, bu il müsabiqəyə 14 nominasiya üzrə 374 sayt təqdim edilmişdi. Onlardan  yalnız qaydalara uyğun olan 299 sayt müsabiqəyə qəbul edilib və səsvermədə iştirak edib. Ötən il isə müsabiqəyə 272 sayt qəbul edilmişdi.
 
Təqdim olunan 299 saytın qiymətləndirilməsində 15 nəfərlik Münsiflər heyətindən 14 münsif 1-ci mərhələdə saytların qiymətləndirməsini həyata keçirib. Mobil tətbiqlərin qiymətləndirilməsində isə sahə üzrə ekspertlər iştirak edib.
 
Səsvermənin 1-ci mərhələsinin yekununda 14 nominasiya üzrə 299 sayt arasından ən yaxşı 97 sayt nominant statusu alıb. Bu saytlar 2-ci qiymətləndirmə mərhələsində mübarizəni davam etdirəcəklər. Nominantların tam siyahısı “www.millinet.az” saytında yerləşdirilib.
 
Səsvermənin 2-ci mərhələsi 3 dekabr tarixdə başlayacaq və  13 dekabr tarixdə başa çatacaq.  Bu mərhələdə münsiflər saytları  mövcud meyarlar üzrə daha dərindən araşdıraraq qiymətləndirəcək və verdikləri qiymətləri əsaslandıracaqlar. 2-ci səsvermənin nəticəsindən asılı olaraq hər nominasiya üzrə qaliblər seçiləcək.
 
Milli İnternet Mükafatının ənənəvi yekun  təqdimat mərasiminin  17 dekabr 2015-ci il tarixdə keçirilməsi nəzərdə tutulub. Təşkilat Komitəsi tərəfindən hazırda qaliblərin mükafatlandırılmasına hazırlıq işləri görülür.
 
Müsabiqədə 14 nominasiyanın hər biri üzrə qalib gələnlərə “Milli Net”in tuncdan hazırlanmış xüsusi mükafatı – hörümçək əks olunan buta təqdim olunacaq. 2-ci və 3-cü yerlərin qaliblərinə diplomlar təqdim olunacaq.
 
Qaliblərə həmçinin “BestComp” və “Aromaniya” şirkətlərinin hədiyyələri təqdim olunacaq.
 
Qeyd edək ki, Milli İnternet Mükafatına Rabitə və Yüksək Texnologiyalar Nazirliyi dəstək verir. Müsabiqənin Baş sponsoru “Azercell” şirkətidir. “Delta Telecom” və “BestCom” şirkətləri də Milli İnternet Mükafatına dəstək verirlər.
 
CAHANGİR



Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-40100-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR