"Üüzümü Alahıma tutub dənizin rəngində gözü olan bir uşaq istəyirəm dedim" - FOTO

"Üüzümü Alahıma tutub dənizin rəngində gözü olan bir uşaq istəyirəm dedim" - FOTO
15:17 2 Dekabr 2015
142 Digər
Ölkə mətbuatı
A- A+

Milli.Az gecce.az-a istinadən xəbər verir ki, teleaparıcı Lalə Azərtaş ilk dəfə ana olduğu zaman yaşadığı hisslərdən "Zərif qəhrəman" verilişində danışıb. 

"Ana olan zaman artıq qəhrəman sayılırsan. Ana olmaq sevmək, xoşbəxt olmaq, sınaq qapılarında dayanmaq və yenidən şagird olmaq deməkdir. İki qız övladım var. İlk dəfə 23 yaşımda ana olmuşam. İkinci övladım 3 il fasilədən sonra dünyaya gəlib. İlk həmişə ilk olaraq qalır və nənənin babanın sevimlisi olur. Bizim ailədə hər kəsin gözünün rəngi qəhvəyidir. İkinci övladıma hamilə olduğum zaman biz Misirdə idik. Qırmızı dənizdə gəmi ilə gəzən zaman dənizin gömgöy rəngi məni valeh etdi. O zaman üzümü Alahıma tutub dənizin rəngində gözü olan bir uşaq istəyirəm dedim. Birinci qızımda da dua edirdim, amma onun gözləri qəhvəyi oldu. Hətta deyirdilər ki, valideynlərində olmayan əlaməti necə istəyə bilərsən? Amma inanırdım ki, övladımın gözü rəngli olacaq. Qızım dünyaya gələn zaman gözlərini açanda qırmızı dənizin mavisini gördüm, qəribə hiss yaşayaraq, "oldu" dedim. Ona görə deyirlər ki, hər şeyi ürəkdən istə. 

Bəzən ailə və ya iş seçimi arasında qalırsan. 10 il televiziyadan uzaq oldum və bunu xoş hadısə adlandırıram. Ana üçün qızdan gözəl varlıq yoxdur. Qızları olan evlərə mələklər gəlir deyirlər. Yer üzündə mənə çatmayan yeganə fərq oğlanla qız arasında qoyulan fərqidir".

Milli.Az




Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/387031.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR