Tarix fənninin başqa fənlərə inteqrasiyası ilə bağlı layihə reallaşdırılır

Tarix fənninin başqa fənlərə inteqrasiyası ilə bağlı layihə reallaşdırılır
20:28 2 Dekabr 2015
32 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 2 dekabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının Milli Azərbaycan Tarixi Muzeyi, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin “Tarix fənninin başqa fənlərə inteqrasiyası (Milli Azərbaycan Tarixi Muzeyinin eksponatları əsasında)” birgə layihəsi reallaşdırılır.
Muzeydən AZƏRTAC-a bildiriblər ki, bu müəssisədə layihə çərçivəsində Bakının ayrı-ayrı məktəblərindən olan müxtəlif fənn müəllimləri ilə görüş keçirilib. Görüşdə muzeyin aparıcı elmi işçisi Nardanə Yusifova layihənin məqsədi barədə məlumat verib. Mövzu ətrafında geniş müzakirələr aparılıb.
Sonra layihəyə uyğun olaraq, 200 nömrəli orta məktəbin VI sinif şagirdləri üçün dərs keçirilib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Tarix_fenninin_basqa_fenlere_inteqrasiyasi_ile_bagli_layihe_reallasdirilir-907696

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR