Konqo Demokratik Respublikasının aviaqəza baş verib.
ANS PRESS-in məlumatına görə, Uqandadan Konqonun Puent-Nuar şəhəri istiqamətində uçat təyyarə qəzaya uğrayıb. Qəzadan əvvəl Burundinin paytaxtı Bujumburada təcili eniş edən təyyarə Konqo istiqamətində yenidən havaya qalxdıqdan 4 dəqiqə sonra Uvira dağlarına çırpılıb.
KDR-nin şərqində baş verən aviaqəzada nə qədər sərnişin olması barədə hələlik məlumat açıqlanmayıb.
“Təyyarədə nə qədər sərnişin olması ilə bağlı hələlik heç bir məlumat yoxdur. Bildiyimiz sadəcə odur ki, təyyarədə 6 ekipaj üzvü olub”, deyə yerli hakimiyyət nümayəndəsi Noella Nefranka bildirib.
Hazırda qəzanın səbəbləri, həmçinin ölənlərin sayı və şəxsiyyəti dəqiqləşdirilir.
2014-cü ildə böyük itkilərlə nəticələnən çox sayda təyyarə qəzaları baş verib ki, bunun da onlardan biri olacağı güman edilir.