Xalq Artisti Mənsum İbrahimov konsert proqramı ilə çıxış edəcək

Xalq Artisti Mənsum İbrahimov konsert proqramı ilə çıxış edəcək
04:38 3 Dekabr 2015
44 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 3 dekabr, AZƏRTAC
Dekabrın 11-də Azərbaycan Dövlət Milli Konservatoriyasında Xalq Artisti Məsum İbrahimovun konserti keçiriləcək.
AZƏRTAC xəbər verir ki, xanəndəni Əməkdar artistlər Elçin Həşimov (tar), Elnur Əhmədov (kamança) müşayiət edəcək. Konsertdə görkəmli muğam ifaçısı tərəfindən xalq və bəstəkar mahnıları, təsniflər və muğamlar səsləndiriləcək.
Qeyd edək ki, unudulmaz sənətkarımız Şövkət Ələkbərovanın məsləhəti ilə Akademik Opera və Balet Teatrına dəvət olunan Mənsum İbrahimov hazırda əksər tamaşalarda aparıcı partiyaları ifa edir. "Leyli və Məcnun" operasında Məcnun, "Aşıq Qərib"də Qərib, "Gəlin qayası"nda Camal, "Sevil"də Azançı rollarını maharətlə ifa edərək tamaşaçılara sevdirə bilib. O, opera səhnəsindəki fəaliyyəti ilə bərabər, həm də xalq və bəstəkar mahnıları, muğamlarımızın mahir ifaçısı kimi tanınır.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Xalq_Artisti_Mensum_Ibrahimov_konsert_proqrami_ile_chixis_edecek-907746

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR