"Qalatasaray"da şok ayrılıq (FOTO)

"Qalatasaray"da şok ayrılıq (FOTO)
10:46 3 Dekabr 2015
56 İdman
Ölkə mətbuatı
A- A+

"Qalatasaray"ın yay transfer dönəminin son anında heyətinə qatdığı Kevin Qrosskroyts klubdan ayrılır.

ANS PRESS-in məlumatına görə, almaniyalı futbolçu İstanbul təmsilçisindən ayrılmaq istədiyini klubun baş məşqçisi Mustafa Dənizliyə bildirib.

Təcrübəli məşqçi Qrosskroytsun komandadan ayrılacağını yerli mətbuata müsahibəsində təsdiqləyib. Dənizli bildirib ki, futbolçu ailəsindən ayrı yaşaya bilmir. Buna görə də o, vətəninə yollanmaq istəyir.

"Qalatasaray" cəbhəsindən komandayla hələ rəsmi matça çıxmadan ayrılmaq istəyən Kevinə ilk reaksiya klubun təcrübəli müdafiəçisi Semih Kayadan gəlib. Rıdvan Dilmenin apardığı "Adil Oyun" proqramına danışan milli oyunçu "Qrosskroyts 28-29 yaşında. Ailəsindən ayrı qalabilmirmiş. Bu yaşda adamın ailəsindən necə ayrı qala bilməməsinə doğrusu çox çaşdım", - deyə düşüncələrini bildirib.


Semih Kaya - futbolist


Transfer pəncərəsinin son saatlarında sənədləri vaxtında yetişmədiyi üçün Qrosskroytsun "Qalatasaray”a keçidi rəsmiləşməmişdi. Bu səbəbdən də futbolçu rəsmi matçlarda iştirak etməkdən məhrum olunmuşdu. O, yalnız "sarı-qırmızılar"ın düşərgəsində məşq etməklə kifayətlənirdi.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR