"Real Madrid"dən rusiyalı futbolçuya görə şikayət edilib

"Real Madrid"dən rusiyalı futbolçuya görə şikayət edilib
10:52 3 Dekabr 2015
28 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 3 dekabr. REPORT.AZ/ İspaniyanın "Kadis" klubu "Real Madrid"in futbolçusu Denis Çerışevin ölkə kubokunun 1/8 final matçında iştirakı ilə bağlı rəsmi etiraz bildirib. "Report"un məlumatına görə, buna rusiyalı yarımmüdafiəçinin cəzalı durumda olduğu halda, iki komanda arasındakı matça çıxması səbəb olub. 
Çerışey ötən mövsüm "Vilyarreal"ın heyətində olduğu vaxt Kral Kubokunda 3 sarı vərəqə alıb. Qaydalara əsasən, o, növbəti oyunu buraxmalı idi. Amma 25 yaşlı oyunçu "Kadis"lə matçın start heyətində yer alıb və fasilədə əvəzlənib. 
"Kral klubu" cəzalı futbolçunu meydana buraxdığı üçün kubokdan kənarlaşdırıla, görüşün nəticəsi isə ləğv oluna bilər. 
Qeyd edək ki, görüş "Real Madrid"in 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. 

Xəbərin orijinal ünvanı: http://report.az/futbol/real-madrid-den-rusiyali-futbolcuya-gore-sikayet

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR