Notariat fəaliyyəti ilə məşğul olmaq istəyən namizədlərin nəzərinə

18:03 3 Dekabr 2015
13 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 3 dekabr, AZƏRTAC
Ədliyyə Nazirliyinin İxtisas komissiyası bildirir ki, Şirvan şəhərində, Ağsu, Qobustan, Şəmkir, Yardımlı və Zərdab rayonlarında notariat fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslərlə 28.11.2015-ci il tarixdə keçirilmiş test imtahanında uğur qazanmış namizədlərlə müsahibə keçirilməsinə dekabrın 9-dan etibarən başlanılacaq.
Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, müsahibə nazirliyin Qeydiyyat və notariat baş idarəsinin inzibati binasında (Bakı şəhəri, Azadlıq prospekti, 72) fərdi qaydada keçiriləcək və hər bir namizədə bu barədə əvvəlcədən məlumat veriləcək.
Xatırladırıq ki, müsahibənin nəticələrinə əsasən elan olunmuş notarius vakansiyası üzrə ən yüksək bal toplamış namizədlər Ədliyyə Akademiyasında icbari təlimə cəlb ediləcək və təlimin yekunları üzrə qiymətləndirmədən müvəffəqiyyətlə keçənlərə notariat fəaliyyəti ilə məşğul olmaq üçün şəhadətnamənin verilməsi məsələsinə baxılacaq.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Notariat_fealiyyeti_ile_mesgul_olmaq_isteyen_namizedlerin_nezerine-907993

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR