Elmar Məmmədyarov Maltanın xarici işlər naziri ilə görüşdü

Elmar Məmmədyarov Maltanın xarici işlər naziri ilə görüşdü
10:05 4 Dekabr 2015
13 Ölkə
Ölkə mətbuatı
A- A+

Xarici işlər naziri Elmar Məmmədyarov dekabrın 3-də Belqradda keçirilən ATƏT Nazirlər Şurasının 22-ci iclası çərçivəsində Maltanın xarici işlər naziri Corc Vella ilə görüşüb.

Bu barədə Trend-ə XİN-dən məlumat verilib.

Bildirilir ki, görüş zamanı nazirlər Azərbaycan və Malta arasında ikitərəfli münasibətlərin inkişaf etdirilməsi yollarına dair fikir mübadiləsi aparıblar. Onlar iqtisadiyyat, enerji və turizm kimi sahələrdə əməkdaşlığın gücləndirilməsi üçün geniş imkanların mövcudluğunu qeyd ediblər.

İkitərəfli əlaqələrin inkişafı məqsədilə müqavilə - hüquq bazasının inkişafı və qarşılıqlı səfərlərin vacibliyi vurğulanıb.

Görüşdə həmçinin tərəflər arasında iki ölkənin Diplomatik Akademiyaları arasında əməkdaşlıq məsələləri də müzakirə olunub.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/387492.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR