"Report" "khabar.kz" portalına istinadən xəbər verir ki, bu təşəbbüsləri Qazaxıstan Məclisinin spikeri Kabibulla Cakupov TürkPA-nın Astanada keçirilən 6-cı plenar sessiyası çərçivəsində irəli sürüb.
K.Cakupovun sözlərinə görə, böhran dövründə ticari-iqtisadi əlaqələrin möhkəmləndirilməsi vacibdir. O, dövlət başçılarının birgə türk investisiya fondu yaratmaq təşəbbüsünün bunun həyata keçirilməsinə yardım edəcəyini də qeyd edib: "Ölkələrimizin yeni İpək Yolu transkontinental marşrutunun mühüm bir hissəsi olmaq üçün unikal imkanı var".
Spiker vurğulayıb ki, Qazaxıstan TürkPA-nın sədri kimi eyni zamanda Qazaxıstan, Qırğızıstan, Azərbaycan və Türkiyənin aparıcı ali təhsil müəssisələrinin əməkdaşlığını inkişaf etdirməyi də təklif edir.